Tarixdə ilk: Futbol matçında başla oynamaq qadağan ediləcək
İngiltərə milli komandasının sabiq futbolçuları Qari Lineker, Alan Şirer və Kevin Kiqanın təşkilatçılığı ilə qeyri-adi oyun keçiriləcək.
Komanda.az xəbər verir ki, sentyabrın 26-da, Spennimor şəhərindəki “Brüeri Fild” stadionunda oynanılacaq matçda futbolçulara topa başla zərbə vurmaq qadağan ediləcək. Qarşılaşmada veteran futbolçular iştirak edəcək.
Qadağa hər hissədə fərqli şəkildə tətbiq olunacaq. Belə ki, ilk hissədə futbolçular yalnız cərimə meydançasında başla oynaya biləcəklər. İkinci hissədə isə ümumiyyətlə, topa başla toxunmaq olmaz. Futbolçu başla topa toxunsa, oyun dayandırılacaq və qayda pozuntusu qeydə alınacaq.
Matç sosial eksperiment xarakterlidir. Təşkilatçılar bu matçla başla oyunun sağlamlıq üçün təhlükəli olduğuna diqqət çəkmək istəyirlər.
Bizi Facebook-da izləyin