“Peyvənd olunmayan futbolçuların maaşları kəsilməlidir”
İngiltərə milli komandasının sabiq baş məşqçisi Fabio Kapello koronavirusa qarşı peyvəndlə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kapello, peyvənd olunmamağın axmaqlıq olduğunu söyləyib:
“Peyvəndi rədd etmək axmaqlıqdır. Polislərin peyvənd vurdurması vacibdirsə, nə üçün futbolçulara da bu şamil edilmir? Peyvənd olunmayan insan cəmiyyətə zərər verir. Məncə, peyvənd olunmayan futbolçuların maaşları kəsilməlidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin