AÇ-2020: “Bundan istifadə etməliyik” – Keyn
İngiltərə milli komandasının futbolçusu Harri Keyn AÇ-2020-nin yarımfinal mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Keyn, Danimarka millisinin əla komanda olduğunu deyib:
“Danimarka millisi əla komandadır. Ötən il Millətlər Liqasında iki dəfə bu komanda ilə üz-üzə gəldik, ancaq qələbə qazana bilmədik. İndi bütün diqqəti özümüzə yönəltməliyik. Qarşılaşma Londonda, milli stadionumuzda keçiriləcək. Bundan istifadə etməliyik. Finala çıxmaq üçün əla fürsətimiz var”.
Bu gün, Londonda keçiriləcək İngiltərə – Danimarka matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin