AÇ-2020: “Heç kimi günahlandıra bilmərik, bütün məsuliyyət məndədir”
İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2020-nin finalında İtaliya yığmasına uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, ingilis mütəxəssis, bütün məsuliyyəti öz üzərinə götürüb:
“Heç bir futbolçu tək deyil. Birlikdə qazanır, birlikdə uduzuruq. Penaltilərə hazırlaşmışdıq, qərarı mən verdim. Bu axşam işlər bizim üçün yaxşı olmadı. Lakin meydanda ən yaxşı penalti vuranların olduğunu bilirik. Futbolda belə şeylər var. Heç kimi günahlandıra bilmərik, bütün məsuliyyət məndədir”.
İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında 2:3 hesabıyla İtaliyaya uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin