59 il sonra yenilədilər – həmin rekordu
İngiltərə milli komandası AÇ-2020-nin seçmə mərhələsində Kosovo yığmasını məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:3 hesabıyla bitən oyunda ingilislər yeni uğura imza atıblar. Belə ki, Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv 2019-cu ildə artıq 3-cü dəfədir ki, bir rəsmi oyunda 5 qol vurur. İngiltərə millisi bu il Kosovodan əvvəl Monteneqronu 5:1, Çexiyanı isə 5:0 hesabıyla məğlub etmişdi.
İngiltərə millisi sonuncu dəfə 59 il əvvəl – 1960-cı ildə bir il ərzində 3 oyunda 5 qol vura bilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin