İngiltərə kubokunun qalibi bilindi

İngiltərə kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, “Kristal Pelas” final matçında “Mançester Siti” üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Görüş Londondakı “Uembli” stadionunda keçirilib. Oyunun 16-cı dəqiqəsində qələbə qolunu Ebereçi Eze vurub.

“Kristal Pelas” İngiltərə Kubokunun finalına tarixində üçüncü dəfə çıxıb və ilk dəfə bu turnirin qalibi olub. 1990 və 2016-cı illərdə London təmsilçisi finalda “Mançester Yunayted”ə uduzub.

“Mançester Siti” isə tarixində 14-cü dəfə İngiltərə Kubokunun finalında oynayıb. “Mançester Siti”nin İngiltərə Kubokunda yeddi qələbəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button