Premyer Liqa klubunun yeni baş məşqçisi məlum olub

“Nottingem Forest”in yeni baş məşqçisinin kim olacağı məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Everton”un sabiq çalışdırıcısı Şon Dayçın baş məşqçi postuna gətirilməsi demək olar ki, razılaşdırılıb.

“Nottingem Forest”in Roberto Mançini ilə apardığı danışıqlar uğursuz nəticələndikdən sonra klub Dayçla müqavilə şərtlərində ümumi razılığa gəlib. Dayç hazırda ağır dönəm yaşayan komandanın rəhbərliyini üzərinə götürməyə hazırdır.

Hazırda Premyer Liqada vəziyyət “Nottingem Forest” üçün acınacaqlıdır. Komanda 8 turdan sonra cəmi 5 xal toplayaraq, turnir cədvəlinin 18-ci pilləsində, yəni düşmə zonasındadır. Klub mövsüm başlayandan bəri artıq iki baş məşqçini vəzifəsindən uzaqlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button