
“Nyukasl”ın təklifi “İnter”i qane etməyib
“İnter”in yarımmüdafiəçisi Davide Frattezi yay transfer pəncərəsinin son günlərində “Nyukasl”a keçə bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa klubu 25 yaşlı futbolçunu icarəyə götürmək və sonradan 35–40 milyon avroya almaq variantını təklif edib.
“İnter” bu məbləğə razı olsa da, rəhbərlik yalnız birbaşa transferə və ya məcburi satınalma şərtinə üstünlük verib. Nəticədə danışıqlar rəsmi müstəviyə keçməyib.
Nə italiyalı futbolçu, nə də “İnter” tərəfi bu keçid üzərində israr edib. Yaxın vaxtlarda Milan klubu onunla yeni müqavilə mövzusunu müzakirə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



