İngilislərin Bellingemin satışından nə qədər qazanacağı bəlli olub

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Borussiya” “Sanderlend”ə 19 yaşlı futbolçu üçün sabit 33 milyon avro ödəyəcək.

İngiltərə klubu bundan başqa, daha 5 milyon avro bonus ala bilər. İngilislər Bellingemin növbəti transferinin 15 faizini də alacaq. Bu satışın “Sanderlend” üçün rekord olacağı vurğulanır.

“Real”da çıxış edən Çud Bellingemin qardaşı olan ingiltərəli futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 43 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button