“Real”ın baş məşqçi postuna daha bir namizəd

“Brayton”un baş məşqçisi Roberto de Zerbi “Real”da Karlo Ançelottinin yerinə keçəcək namizədlər sırasındadır.

Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Madrid klubunun baş məşqçi postu üçün prioritet variantdır.

Ançelottinin “Real”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Bundan sonra o, Braziliya millisinə rəhbərlik edəcək.

Ötən mövsüm De Zerbinin rəhbərliyi altında “Brayton” İngiltərə çempionatını 6-cı sırada başa vurub. İngiltərə klubu hazırda Premyer Liqada üçüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button