Dinləmə cihazı ilə səsi yazıldı – Klubdan qovuldu
“Uimbldon”un baş direktoru Denni Maklin ofisində gizlədilən dinləmə cihazının onun klub əməkdaşına qarşı cinsiyyətçi və təhdidedici ifadələr işlətdiyini yazmasından sonra istefa verib.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, audioyazıda Maklinin azarkeşlərə və kassaya xidmətə cavabdeh olan klub əməkdaşını əxlaqsız qadın adlandırması, həmçinin, ona qarşı fiziki zorakılıq haqqında zarafat etməsi, qadını bayıra atmaq istədiyi eşidilir.
Hadisədən sonra “Uimbldon” bəyanat yayaraq, klubun məsuliyyətli, əhatəli, müasir olmağa və azarkeşlər üçün düzgün nümunə göstərməyə sadiq olduğunu bildirib. Klub bu cür davranışın yolverilməz olduğunu vurğulayıb və belə bir vəziyyətdə müvafiq tədbirlərin görüldüyünü bəyan edib.
Bizi Facebook-da izləyin