İngiltərə klubundan “Qalatasaray”a 20 milyon avroluq təklif

“Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Sara “Aston Villa”nın transfer hədəfinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi “cim-bom”a 26 yaşlı futbolçu üçün 20 milyon avro təklif edib. Ancaq İstanbul klubu Saranın qiymətini təxminən ikiqat daha yüksək dəyərləndirir və onu satmağa tələsmir.

Braziliyalı futbolçunun “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir və klubun əsas məqsədi onu heyətdə saxlamaqdır. O, 2024/25 mövsümündə bütün turnirlərds 45 oyunda iştirak edib, 2 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl Sara ilə “Mançester Siti” də maraqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button