
İngiltərə klubundan baş məşqçi ilə yeni müqavilə
“Midlsbro”nun baş məşqçisi Maykl Karrik klubla müqaviləsini uzadıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yeni müqaviləsi 3 illikdir.
Karrik 2022-ci ilin oktyabrından “Midlsbro”nu çalışdırır. Komanda o vaxtdan indiyədək keçirdiyi 87 rəsmi oyunda 44 qələbə qazanıb, 14 heç-heçə edib və 19 məğlubiyyət alıb.
“Midlsbro” Çempionşipdə mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin