İngiltərə klubundan 25 milyon avroluq transfer

“Flamenqo”nun 19 yaşlı yarımmüdafiəçisi Mateus Frans karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, o, “Kristal Pelas”a keçib. Bu barədə İngiltərə klubunun mətbaut xidməti məlumat yayıb. Braziliyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Braziliya klubu Frans üçün öncə 20 milyon avro, həmçinin bonus olaraq daha 5 milyon avro alacaq.

Bundan əlavə, braziliyalı futbolçu “qızıl top”u qazana bilsə, “Kristal Pelas” “Flamenqo”ya əlavə 5 milyon avro da ödəyəcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button