İngiltərə klubunda yeni müqavilə

İngiltərə Premyer Liqa təmsilçisi “Nyukasl” futbolçusu Entoni Qordonla uzunmüddətli müqavilə imzalayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun sözləşməsinin neçənci ilə qədər uzadıldığı açıqlanmayıb.

Qordon 2023 ötən il 45 milyon avro qarşılığında “Everton”dan “Nyukasl”a keçib. O, bu müddət ərzində 74 oyunda meydana çıxıb və 15 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button