İngiltərə klubunda baş məşqçi ayrılığı – Rəsmi
İngiltərənin “Norviç” klubu David Vaqnerin komandanın baş məşqçisi postundan istefaya göndərildiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu qərar, komandanın növbəti mövsüm üçün Premyer Liqaya son vəsiqənin oynanıldığı çempionatın pley-off yarımfinalının cavab oyununda “Lids”ə 0:4 hesabı ilə məğlub olmasından bir gün sonra verilib.
“Norviç”in idman direktoru Ben Knapper baş məşqçi haqda bunları deyib:
“David “Norviç”in baş məşqçisi kimi yüksək səviyyəli və fərqlənmə ilə çıxış etdi. Lakin biz indi fərqli bir istiqamətdə hərəkət etməyin vaxtı olduğunu hiss edirik”.
David Vaqner 2023-cü ilin yanvarından “Norviç”i çalışdırırdı. Komanda o vaxtdan indiyədək keçirdiyi 75 matçda 31 qələbə qazanıb, 17 heç-heçə edib və 27 məğlubiyyət alıb.
Bizi Facebook-da izləyin