
İngiltərə klubu “Yuventus”un 2 futbolçusu üçün danışıqlara başlayıb
“Yuventus”un futbolçuları Timoti Vea və Samuel Mbanqula İngiltərə Premyer Liqasına transfer olunmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu “Nottingem Forest”in hər iki futbolçu ilə bağlı təklifinə müsbət cavab verib.
Hazırda İngiltərə tərəfi oyunçularla şəxsi müqavilə şərtlərini razılaşdırmağa çalışır və danışıqlar artıq başlayıb. Hər iki futbolçunun “Yuventus”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
“Nottingem Forest” son mövsümdə İngiltərə Premyer Liqasının turnir cədvəlini 7-ci pillədə tamamlayıb. “Yuventus” isə A Seriyasında 4-cü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin