“Tottenhem”in baş məşqçisinin rəhbərlikdən xahişi

İngiltərənin “Tottenhem” klubu yayda yeni futbolçular transfer etmək istəyir.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Angelos Postekoqlu klub rəhbərliyindən ən azı üç yeni futbolçu ilə müqavilə imzalamağı xahiş edib.

Siyahıda “Brentford”un hücumçusu İvan Toni də var. Toni mərc qaydalarını pozduğuna görə futboldan bir illik diskvalifikasiya edilmişdi. 28 yaşlı futbolçu 2023/2024 mövsümündə 17 matçda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button