İngiltərə klubu UEFA-ya müraciət edib

“Nottingem Forest” UEFA-ya rəsmi müraciət ünvanlayaraq avrokuboklara vəsiqələrin necə bölüşdürüləcəyi ilə bağlı aydınlıq tələb edib.

Komanda.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.

Məsələ “Kristal Pelas”ın İngiltərə kubokunu qazanmasına baxmayaraq, UEFA Avropa Liqasına buraxılmama ehtimalı ilə gündəmə gəlib. Səbəb isə klubun səhmlərinin 43 faizinə sahib olan amerikalı iş adamı Con Tekstorun vəziyyətidir. Ona həmçinin “Lion”un da 77 faizlik səhmi məxsusdur və bu komanda da Avropa Liqasına vəsiqə qazanıb.

UEFA-nın qaydalarına əsasən, eyni avrokubok turnirində iştirak edən iki klubda eyni fiziki və ya hüquqi şəxs səs çoxluğuna malik ola bilməz. Belə vəziyyətdə “Kristal Pelas”ın turnirdən kənarlaşdırılması ehtimalı yaranıb.

“Nottingem Forest” də əvvəllər oxşar durumla üzləşə bilərdi, ancaq klub vaxtında xarici nəzarətə keçərək riskdən yayınmağı bacarıb. İstisna edilmir ki, məhz bu komanda Avropa Liqasına “Kristal Pelas”ın əvəzinə qatılsın.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button