İngiltərə klubundan türk futbolçu ilə 4 illik müqavilə – Rəsmi

Türkiyə millisinin hücumçusu Enes Ünal “Bornmut”la uzunmüddətli müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, İngiltərə klubunun rəsmi saytında yer alan məlumata görə, tərəflər arasındakı müqavilə dörd il müddətinə qüvvədə olacaq.

Ünal ötən mövsüm icarə əsasında “Bornmut”da çıxış edib. Türk futbolçu müqavilə ilə İspaniyanın “Xetafe” klubuna məxsus idi.

Ünal İngiltərə Premyer Liqasının son mövsümündə 16 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Bornmut” 2023/2024 mövsümünün sonunda Premyer Liqanı 12-ci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button