
Postekoqlu İngiltərə klubu ilə anlaşıb
“Tottenhem”in sabiq çalışdırıcısı Angelos Postekoqlu karyerasını yenə İngiltərədə davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis yaxın günlərdə “Nottingem Forest”in baş məşqçisi təyin olunacaq.
Tərəflər artıq müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə üzrə razılığa gəliblər. Avstraliyalı çalışdırıcı tezliklə rəsmi sənədləri imzalayacaq.
“Nottingem Forest” mövsümün ilk üç turundan sonra Premyer Liqada 4 xal toplayaraq, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



