İngiltərə klubu “sükan”ı Azərbaycanda işləmiş məşqçiyə tapşırdı

“Sauthempton” klubu baş məşqçisi Ralf Hazenhyuttl ilə yollarını ayırıb.

Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

“Sauthempton”u noyabrın 9-da “Şeffild Uensdey”lə Liqa kuboku oyununa daha əvvəl Azərbaycanda da işləmiş Ruben Selles çıxaracaq.

Ralf Hazenhyuttl 2018-ci ildən “Sauthempton”da işləyirdi. Komanda Premyer Liqada 14 turdan sonra 12 xalla 18-ci pillədə qərarlaşıb.

Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button