“Arsenal” Qyokereşin transferi ilə bağlı razılığa gələ bilmir

Viktor Qyokereşin Lissabon “Sportinq”indən “Arsenal”a keçidi baş tutmaya bilər.

Komanda.az “Record”-a istinadən xəbər verir ki, transfer danışıqları dalana dirənib. Belə ki, bazar günündən bəri heç bir irəliləyiş yoxdur. Məsələ ondadır ki, klublar güzəştə getmək istəmir.

“Arsenal” 27 yaşlı futbolçu üçün 65 milyon ilkin ödəniş, əlavə olaraq 5 və daha 10 milyon avro bonuslar təklif edib. Ancaq “Sportinq” 70 milyon avronun dərhal ödənilməsini tələb edir. Məbləğ fərqi kiçik olsa da, bu, transferin baş tutmamasına səbəb ola bilər.

İsveçli forvard son mövsümdə 52 oyunda iştirak edib və 54 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button