
İsakı satıb, Şeşkonu almaq istəyirlər
“Nyukasl” “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonun transferi üzərində ciddi işləyir.
Son aylar “Arsenal”, “Liverpul” və “Mançester Yunayted” kimi klubların da marağında olan 22 yaşlı futbolçu ilə bağlı hazırda əsas favorit məhz “Nyukasl” sayılır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında hələlik rəsmi və ya şifahi razılaşma yoxdur, ancaq “sağsağanlar” sloveniyalı forvardın ətrafı ilə aktiv danışıqlar aparır. Bu transferin reallaşması bir sıra şərtlərdən asılıdır. Əsasən də Aleksander İsakın mümkün satışı bu məsələdə həlledici ola bilər.
İddialara görə, “Liverpul” İsak üçün İngiltərə futbolu tarixində rekord məbləğ ödəməyə hazırdır. Bu satış baş tutarsa, “Nyukasl” Şeşkonun transferini sürətləndirməyə çalışacaq.
Bizi Facebook-da izləyin