
Poqba İngiltərəyə qayıda bilər
“Mançester Yunayted” və “Yuventus”dakı çıxışı ilə tanınan fransalı yarımmüdafiəçi Pol Poqba İngiltərə çempionatına qayıda bilər.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, “Fulhem” fransalı oyunçuya iddia edir.
Poqbanın nümayəndələri ona karyerasını İngiltərədə davam etdirməyi məsləhət görür.
31 yaşlı yarımmüdafiəçi qadağan olunmuş dərmanlardan istifadə etdiyi üçün 4 il müddətinə diskvalifikasiya edilmişdi. Lakin sonradan onun qadağası 18 aya endirilib. Beləliklə, Poqba gələn ilin martında meydana qayıda bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin