İngiltərə klubu “Milan”la danışıqlara başlayıb

Nigeriyalı vinger Samuel Çukvueze yay transfer dönəmində “Milan”dan ayrılmağa yaxın görünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqası klublarından “Fulhem” maraqlanır.

London təmsilçisi artıq “Milan” rəhbərliyi ilə ilkin danışıqlara başlayıb və transfer şərtləri müzakirə olunur.

Çukvueze son mövsümdə “Milan”ın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, “qırmızı-qaralar”a 2023-cü ilin yayında, “Vilyarreal”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button