İngiltərə klubu “Milan”la danışıqlar aparır – İspan futbolçu üçün

“Bornmut” “Milan”ın müdafiəçisi Aleks Ximenesi transfer etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu 20 yaşlı futbolçunun icarəsi və sonradan satınalma hüququ ilə heyətə qatılması üçün “qırmızı-qaralar”la aktiv danışıqlar aparır. Yay transfer pəncərəsinin bağlanmasına isə cəmi üç gün qalıb.

İspaniyalı müdafiəçi “Milan”a 2024-cü ildə transfer olunub. O, indiyədək klubun heyətində bütün turnirlərdə 34 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button