İngiltərə klubu Mahir Emreli ilə müqavilə imzalamaq istəyir

“Nürnberq”dən ayrılan Mahir Emreli karyerasını İngiltərədə davam etdirə bilər.

Komand.az xəbər verir ki, “Hall Siti” azərbaycanlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə “Hull Live” məlumat yayıb.

Çempionşip təmsilçisi hazırda azad agent olan 28 yaşlı forvardla müqavilə imzalamağa çalışır.

“Hall Siti”nin baş məşqçisi postuna Sergey Yakiroviç təyin olunub. Mahir Zaqreb “Dinamo”sunda bosniya və herseqovinalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Emreli ötən mövsüm “Nürnberq”in heyətində meydana çıxdığı 25 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button