“Liverpul” Bundesliqadan 2 oyunçunu izləyir

“Liverpul” Bundesliqadan iki oyunçu ilə maraqlanır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “qırmızılar” “Bayer”in futbolçusu Ceremi Frimponq və Frankfurt “Ayntraxt”ının oyunçusu Ansqar Knauffla maraqlanır.

Mersisaydlılar Leverkuzen klubunun futbolçusu ilə daim əlaqə saxlayırlar. Onun dəyəri 40 milyon avro qiymətləndirilir. Frimponq bu mövsüm Bundesliqada 26 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Knauffun transfer dəyəri 25 milyon avro ola bilər. O, bu mövsüm Bundesliqada 24 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button