İngiltərə klubu “Barselona”nın futbolçusu üçün təklif göndərib

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadoya daha bir klub – “Aston Villa” təklif göndərib.

Komanda.az “El Pais”-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 21 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır.

Ancaq Kasado qəti şəkildə Kataloniya klubunda qalmaq istəyir və yaxın vaxtlarda transferin reallaşması gözlənilmir.

İspaniyalı yarımmüdafiəçi “Barselona” ilə müqaviləsinin müddətini 2028-ci ilin ortalarınadək uzadıb. O, əsas komandanın heyətində indiyədək 42 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button