
34 yaşlı futbolçu ilə yeni müqavilə
İngiltərənin “Vest Hem” klubu futbolçusu Pablo Zabaletanın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, London təmsilçisi argentinalı müdafiəçi ilə müddəti 2020-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2017-ci ildə “Mançester Siti”dən “Vest Hem”ə keçən Zabaletanın əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
34 yaşlı müdafiəçi bu mövsüm 26 qarşılaşmada iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin