
İngiltərə klubu türk futbolçunu transfer edib
İngiltərə Premyer Liqa təmsilçisi “Brentford” Türkiyənin U-21 millisinin üzvü Yunus Emre Konakı heyətinə cəlb edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 18 yaşı bu il yanvarın 10-da tamam olan dayaq yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.
Yunus Emre Konak “Sivasspor”un yetirməsidir. O, 2023/24 mövsümündən əsas komandada çıxış etməyə başlayıb. Bu mövsüm Super Liqada 17 oyunda meydana çıxan gənc futbolçu 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin