İngiltərə klubu 19 milyon avro ödəməyə hazırdır – Niderlandlı üçün
“Anderlext” klubunun qapıçısı Bart Verbruggen “Brayton”a keçə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubu 20 yaşlı qolkiper üçün Belçika təmsilçisinə 19 milyon avro ödəməyə hazırdır.
2023/24 mövsümündə Premyer Liqada mübarizə aparacağı təsdiqlənən “Bernli” də niderlandlı futbolçu ilə maraqlanır.
Verbruggen 2022/23 mövsümündə “Anderlext”in heyətində bütün turnirlər daxil olmaqla 37 oyun keçirib, 45 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin