İngiltərə klubları gürcü qapıçı ilə maraqlanır

“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Tottenhem” və “Aston Villa” onunla maraqlanır.

Mamardaşvili ötən ilin noyabrında La Liqa təmsilçisi ilə 2027-ci ilin iyuna ayına qədər nəzərdə tutulan sözləşmə imzalayıb. Həmin müqavilədə gürcüstanlının 100 milyon avroluq sərbəstqalma maddəsi öz əksini tapıb.

Gürcü qolkiper cari mövsümdə “Valensiya”nın heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button