
İngiltərənin 2 klubu “Ayntraxt”ın hücumçusuna göz dikib
Frankfurt “Ayntraxt”ının hücumçusu Huqo Ekitikeyə İngiltərə Premyer Liqası klubları arasında tələbat var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu ilə “Çelsi” və “Arsenal” maraqlanır.
London klubları 22 yaşlı futbolçunu “Nyukasl”ın hücumçusu Aleksandr İsaka alternativ kimi nəzərdən keçirir. Ekitikenin transferi isveçli forvarddan daha sərfəli variant hesab olunur.
Fransalı oyunçu bu mövsüm Bundesliqada 21 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin