Fransalı hücumçu “Liverpul”a keçməyə razılıq verib

Frankfurt “Ayntraxt”ının hücumçusu Huqo Ekitike uğrunda mübarizədə “Liverpul” favorit hesab olunur.

Fransalı futbolçuya həmçinin, “Çelsi”, “Mançester Yunayted” və Premyer Liqanın digər klubları da maraq göstərirlər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 23 yaşlı hücumçu üçün gedən yarışda məhz “Liverpul” lider mövqedədir. Ekitike artıq “qırmızılar”a keçidə razılıq verib və 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləni imzalamağa hazırdır. Klublar arasında danışıqlar davam edir.

O, son mövsümdə Almaniya Bundesliqasında yüksək performans sərgiləyərək 33 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı Ekitikeni 75 milyon avro dəyərində qiymətləndirsə də, “Ayntraxt” onun üçün 100 milyon avro tələb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button