Sarriyə vaxt verdilər – Ya izah et, ya da…

İngiltərə Futbol Assosiasiyası “Çelsi”nin baş məşqçisi Mauritsio Sarrini günahlandırıb.

Komanda.az xəbər verir ki, qurum italiyalı mütəxəssisi Premyer Liqanın 35-ci turunda “Bernli” ilə keçirilən matçda (2:2) hakimi tənqid etdiyi üçün ittiham edir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Sarri sözügedən qarşılaşmada baş hakim Kevin Frend tərəfindən texniki zonadan uzaqlaşdırıb.

İngiltərə Futbol Assosiasiyası Sarriyə hakimə qarşı olan davranışlarını izah etməsi üçün aprelin 26-na kimi vaxt verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button