Xoşagəlməz zarafat etdi – İrqçilikdə ittiham olundu

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur İngiltərə Futbol Assosiasiyası tərəfindən irqçilikdə ittiham olunur.

Komanda.az “Canal 10”-a istinadən xəbər verir ki, uruqvaylı futbolçudan komanda yoldaşı Son Hın Minin formasını götürərmi deyə, soruşulub. O, buna o qədər də yaxşı səslənməyən zarafatla cavab verib:

“Sonun? Əsas odur ki, onu əmisi oğlu ilə qarışdırmayın, çünki hamısı eyni görünür”.

27 yaşlı yarımmüdafiəçi müsahibə zamanı xoşagəlməz ifadələrə görə İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozmaqda ittiham olunub. Onun sentyabrın 19-na kimi özünü müdafiə etmək üçün vaxtı var. Əks halda, ona qarşı sanksiyalar tətbiq olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button