Sautqeyt üçün 7 milyon avroluq yeni müqavilə
İngiltərə Futbol Assosiasiyası (FA) millinin baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddətini artırmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. FA rəhbərliyi 51 yaşlı mütəxəssisə illik 7 milyon avro qazanacağı yeni sözləşmə təklif edəcək.
Satuqeyt bunu qəbul etsə, İngiltərə millisi tarixində Fabio Kapello (yığmanın sabiq çalışdırıcısı) ilə birlikdə illik ən çox qazanan baş məşqçi olacaq.
FA rəhbərliyi Sautqeytə Premyer Liqa klublarından maraq olmasından narahatdır. Onlar mütəxəssisin yığmadakı qazancını artıraraq, postunda saxlamaq istəyirlər.
Sautqeytin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin