“Oyundan həm zövq aldım, həm də yox” – Mourinyo
İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsində “Everton”a uduzan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, 4:5 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Oyundan həm zövq aldım, həm də yox. 4 qol vurmağımıza baxmayaraq, məğlub olduq. İlk qolu da biz vurmuşduq, lakin mərhələni keçə bilmədik. Bəzi şeyləri düzəltməyə çalışdıqca səhvlər etməyə davam etdik və uduzduq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin