İngiltərədə oyun vaxtı azarkeşin ürəyi dayandı

İngiltərə Çempionşipində 29-cu tur çərçivəsində keçirilən “Fulhem” – “Blekpul” matçı zamanı bədbəxt hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, oyunun 41-ci dəqiqəsində tribunada yer alan azarkeşlərdən birinin ürəyi dayanıb. Bu barədə “Fulhem”in mətbuat xidməti məlumat yayıb. Fanata ilk yardım göstərilməsinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

“Fulhem” – “Blekpul” matçı 1:1 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button