Premyer Liqa klubu milli üzvüylə gücləndi

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi icarə əsasında komandada çıxış edən Tomaş Souçekin transfer hüquqlarını alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Souçeklə 4 illik müqavilə imzalanıb.

“Vest Hem” Souçeki 2020-ci ilin yanvarında “Slaviya” (Praqa) klubundan icarəyə götürmüşdü. Londonlular 25 yaşlı yarımmüdafiəçi üçün Çexiya klubuna 16 milyon avro ödəyib.

Çexiya milli komandasının da üzvü olan Souçek, İngiltərə Premyer Liqasında 12 oyunda iştirak edib və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button