“66 yaşım var və mənə lazım olan son şey koronavirusa yoluxmaqdır”
İngiltərənin “Vest Bromviç” klubunun baş məşqçisi Sem Ellardays Premyer Liqanın koronavirusa görə iki həftəlik dayandırılmasının tərəfdarıdır.
Komanda.az xəbər verir ki, bu barədə 66 yaşlı mütəxəssis “goal.com”a açıqlamasında deyib:
“Özümdən və futboldan çox narahatam. Hər bir insanın təhlükəsizliyi hər şeydən üstündür. Virusun yeni növünün daha sürətli öldürdüyünü eşitmişəm. Bir şey etməliyik, fasilə olmalıdır.
Mənim 66 yaşım var və mənə lazım olan son şey koronavirusa yoluxmaqdır. Testlərin nəticəsində bu həftə bir üzvümüzdə virus aşkarlandı. Amma koronavirus sürətlə yayılır. Özümüzü qorusaq da, nə qədər dezinfeksiya etsək də, virusa yoluxuruq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin