İngilislər “Barselona”dan FİFA-ya şikayət edəcək
İngiltərənin “Vest Bromviç” klubu “Barselona”dan FİFA-ya şikayət etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, buna səbəb “Barselona”nın Çempionşip təmsilçisindən 16 yaşlı Lui Barrinin transferi zamanı qanunsuzluq etməsidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Ötən ay Barri “Vest Bromviç”lə müqaviləsini yeniləməyib və “Barselona”ya keçib. FİFA-nın qaydalarına görə, klublar 16 yaşlı futbolçu ilə müqavilə imzalayan zaman son komandasına 235 min funt-sterlinq ödəməlidir. “Vest Bromviç” bu məbləğin ödənilməsi üçün “Barselona”ya təzminat davası açacaq.
“Barselona” Barri ilə 3 illik müqavilə bağlayıb. Hücumçu 19 yaşadək futbolçulardan ibarət komandada oynayacaq.
Gələcəyin istedadlı hücumçuları arasında göstərilən Barri, İngiltərənin U-16 komandası ilə iştirak etdiyi 9 oyunda 6 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin