Mourinyo “Tottenhem”dən göndərilsə, alacağı təzminatın məbləği bilindi
İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo postundan tez göndərilsə, alacağı təzminatın məbləği məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə müqaviləni pozsa, ona 40 milyon avro təzminat ödəməlidir.
“Tottenhem” hazırda Premyer Liqada 9-cu sıradadır. Mourinyonun illik məvacibi 17,5 milyon avrodur. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin