“Barselona”nın sabiq hücumçusu klubsuz qaldı
İngiltərənin “Stok Siti” klubu futbolçusu Boyan Krkiçlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Karyerası ərzində “Barselona”, “Milan” kimi klublarda çıxış edən Krkiç, 2014-cü ildən “Stok Siti”də forma geyinirdi. İspan futbolçu son mövsümdə Çempionşip təmsilçisiylə 21 qarşılaşmada iştirak edərək, 1 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin