İngiltərə klubunda ilk əcnəbi baş məşqçi

İngiltərənin “Şeffild Yunayted” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq komandanın “sükan”ı Slaviş Yokanoviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Yokanoviç “Şeffild Yunayted” tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb.

Premyer Liqada mövsümü sonuncu sırada bitirən “Şeffild Yunayted” Çempionşipdə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button