
Premyer Liqa klubunda yeni müqavilə – rəsmi
İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Ralf Hasenhüttlün müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Avstriyalı mütəxəssislə 4 illik yeni sözləşmə imzalanıb.
2018-ci ilin dekabrından “Sauthempton”u çalışdıran Ralfın əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
“Sauthempton” Premyer Liqada 14-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin