Ailəsi ona” xəstə” deyir – istefa vermədiyinə görə

İngiltərənin “Nyukasl” komandasının baş məşqçisi Stiv Bryus maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az xəbər verir ki, 60 yaşlı mütəxəssis, komandasının uğursuz çıxış etməsinə baxmayaraq, istefa vermədiyinə görə ailəsi tərəfindən “xəstə” adlandırıldığını deyib:

“Ailəm xəstə olduğumu düşünür. Mən çətinlikləri görəndə təslim olub gedənlərdən deyiləm. Belə şeyi heç vaxt düşünmədim. Özümə “üzərində təzyiq var, tez işindən ayrıl” demirəm.

“Nyukasl”ın yuxarı pillələrə oynayan bir komanda olmasını istəyirəm. Bunu edənə qədər də ayrılmağı düşünmürəm”.

“Nyukasl” Premyer Liqada 4 turdan sonra 19-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button