İlk qələbədən sonra qovuldu

İngiltərənin “Norviç” klubunda baş məşqçi Daniel Farke ilə yollar ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Farkenin rəhbərliyi ilə “Norviç” ilk qələbəsini dünən “Brentford”la matçda əldə etmişdi (2:1).

“Norviç” Premyer Liqada 5 xalla sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button